"Real Madrid"in yeni 10 nömrəsi bəlli olur

90plus.az xəbər verir ki, İspaniyanın "Real Madrid" klubunda uzun illər uğurla çıxış edən xorvatiyalı ulduz futbolçu Luka Modriç komandadan ayrılıb. 39 yaşlı yarımmüdafiəçi karyerasını İtaliyanın "Milan" klubunda davam etdirəcək.
Modriçin gedişindən sonra "Real Madrid"də 10 nömrəli formanı kimin geyinəcəyi dəqiqləşib. Fransanın nüfuzlu "L'Équipe" nəşrinin məlumatına görə, bu nömrə fransalı hücumçu Kilian Mbappeyə həvalə olunub.
Xatırlatma: Luka Modriç 2012-ci ildə İngiltərənin "Tottenhem" klubundan "Real Madrid"ə transfer olunmuşdu. O, "kral klubu"nun heyətində 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Superkuboku və 4 dəfə La Liqa çempionluğu qazanıb.
Modriç həmçinin 2018-ci ildə Ballon d'Or və FIFA-nın "İlin ən yaxşı kişi futbolçusu" mükafatlarına da layiq görülmüşdü. O, "Real Madrid"in heyətində ümumilikdə 597 oyunda iştirak edib və 43 qola imza atıb.
© Copyright 2025, All Rights Reserved