“Real - Marsel”: Oyunun əvvəlində Arnold sıradan çıxdı

“Real Madrid” Çempionlar Liqasının əsas mərhələsində az öncə start verdiyi oyunun əvbəllində erkən itki ilə üzləşib.
90plus.az xəbər verir ki, Trent Aleksander-Arnold “Marsel”lə qarşılaşmada cəmi dördüncü dəqiqədə zədələnərək meydanı tərk edib.
Müdafiəçi özünü narahat hiss edib və dərhal ehtiyat skamyasına işarə edib. Onun əvəzinə Çempionlar Liqası matçında sağ cinah müdafiəçisi mövqeyinə Dani Karvaxal daxil olub.
Madrid klubu indi tibbi müayinələrin nəticələrini gözləyir ki, zədənin nə dərəcədə ciddi olduğunu müəyyən etsin. Aleksander-Arnoldun itirilməsi komanda üçün böyük zərbə ola bilər, çünki qarşıda vacib oyunlar var.
İngiltərə millisinin üzvü yayda “Liverpul”dan keçdikdən sonra Karvaxal ilə mövqeyini paylaşırdı.
© Copyright 2025, All Rights Reserved