"Real" müdafiəçisi ilə yolları ayırır
"Real" mövsümün sonunda müqaviləsi başa çatacaq David Alaba ilə bağlı qərarını açıqlayıb.
90plus.az xəbər verir ki, La Liqa nəhəngi avstriyalı müdafiəçiyə yeni müqavilə təklif etməyəcək. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat verib.
33 yaşlı mərkəz müdafiəçisi gələn ilin yayında azad agent kimi "kral klubu"nu tərk edəcək.
Qeyd: David Alaba 2021-ci ilin iyulundan "Real"ın formasını geyinir. Avstriya millisinin üzvü bu mövsüm Madrid klubunda 4 rəsmi oyunda 145 dəqiqə meydanda olub.
© Copyright 2026, All Rights Reserved