“Real” müdafiəyə 3 namizəd tapıb
“Real Madrid” müdafiəni gücləndirmək üçün üç namizəd müəyyənləşdirdi.
90plus.az xəbər verir ki, “Real Madrid” yay transfer pəncərəsində müdafiə xəttini daha da gücləndirməyi planlaşdırır.
Bu barədə The Athletic nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Madrid təmsilçisi yeni mərkəz müdafiəçisi transferi üçün üç futbolçunu qısa siyahıya daxil edib. Bunlar “Mançester Siti”nin portuqaliyalı müdafiəçisi Ruben Diaş, Dortmund “Borussiya”sının alman futbolçusu Niko Şlotterbek və “İnter”in italiyalı müdafiəçisi Alessandro Bastonidir.
Bildirilir ki, “Real Madrid” rəhbərliyi yay transfer dönəmində bu üç namizəddən birini heyətinə qatmaq variantlarını dəyərləndirir. Klubun yekun qərarı həm transferin maliyyə şərtlərindən, həm də futbolçuların mövcud komandalarının mövqeyindən asılı olacaq.
© Copyright 2026, All Rights Reserved