"Real" oyunçuları Mbappeni baş məşqçiyə şikayət ediblər
Bəzi “Real Madrid” oyunçuları Kilian Mbappenin müdafiədəki əskikliyindən narahatdırlar.
90plus.az xəbər verir ki, onlar müdafiəyə kömək etmədiyi üçün Kilian Mbappeni Karlo Ançelottiyə şikayət ediblər.
Fransız oyunçu yalnız top yarımmüdafiə xəttini keçəndə oyuna daxil olur. Hamı Mbappenin daha gözüaçıq oynayacağına ümid edir.
Mənbə: Relevo
© Copyright 2026, All Rights Reserved