“Real” Rodrini qopara bilər. “Siti” qorxu içində
Rodri üçün “Real Madrid” təhlükəsi – “Mançester Siti” yeni müqavilə təklif edir.
90plus.az xəbər verir ki, “Mançester Siti” yarımmüdafiəçisi Rodri ilə bağlı vacib qərar mərhələsinə daxil olub. İngiltərə klubu ispaniyalı futbolçunu komandada saxlamaq üçün yeni uzunmüddətli müqavilə üzərində intensiv işləyir.
Məlumatlara görə, Rodriyə maraq göstərən əsas klub “Real Madrid”dir. “Kral klubu”nun futbolçunu bu yay “Santyaqo Bernabeu”ya gətirməkdə getdikcə daha inamlı olduğu bildirilir.
Rodri hazırda Pep Qvardiolanın sistemində əsas fiqurlardan biri hesab olunur və komandanın oyun quruculuğunda vacib rol oynayır. Buna baxmayaraq, “Mançester Siti” futbolçunun qərarına hörmətlə yanaşmağa hazırdır və ayrılmaq istəsə, ona mane olmayacaq.
Bununla yanaşı, klub rəhbərliyi Rodrinin gələcəyini “Etihad”da davam etdirməsinə ümid edir və yeni müqavilə ilə onu komandada saxlamağa çalışır.
© Copyright 2026, All Rights Reserved