“Real” və PSJ Konate üçün yarışır

“Real Madrid” və PSJ Konatenin transferində rəqib oldu.
90plus.az xəbər verir ki, “Real Madrid” və PSJ “Liverpul”un fransız müdafiəçisi İbrahima Konatenin transferi uğrunda mübarizəyə başlayıb.
İspaniyanın “Diario AS” nəşrinin məlumatına görə, hər iki klub 2026-cı ilin yayında müqaviləsi başa çatacaq futbolçunu azad transferlə heyətinə qatmağı planlaşdırır.
Qeyd: 25 yaşlı mərkəz müdafiəçisi 2024/25 mövsümündə “Liverpul” forması ilə bütün turnirlərdə 37 oyun keçirib, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved