“Real” Vinisiusun tələbini rədd etdi

“Real Madrid” Vinisiusun Mbappe səviyyəsində maaş tələbinə “yox” dedi.
90plus.az xəbər verir ki, “Real Madrid” və Vinisius Junior arasında yeni müqavilə ilə bağlı danışıqlarda gərginlik yaranıb. İspaniyanın El Debate və Sport nəşrlərinin məlumatına görə, braziliyalı ulduz hücumçu klubdan Kilian Mbappe ilə eyni səviyyədə maaş tələb edib. Lakin Madrid nəhəngi bu istəyə rədd cavabı verib.
Klub rəhbərliyi Vinisiusun 2024/25 mövsümündə zəif çıxışını əsas gətirərək, bu miqdarda maaş artımına hazır olmadığını bildirib. “Real Madrid”ə görə, hazırkı şərtlərlə Vinisiusa Mbappenin maaşına bərabər məvacib vermək haqsızlıq olar.
Bunun fonunda Vinisius Junior özü müqavilə danışıqlarını dayandırmağı xahiş edib. Məlumata görə, tərəflər arasında əlaqə tamamilə kəsilməyib, lakin növbəti addımlar qeyri-müəyyəndir.
Qeyd: Vinisiusun “Real Madrid”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Klub isə daha öncə bildirilib ki, 2026-cı ilin yayına qədər yeni müqavilə imzalanmasa, futbolçu transfer siyahısına salınacaq.
© Copyright 2025, All Rights Reserved