“Real”da 9 nömrəni Endrik “qapdı”

“Real Madrid” 2025/26 mövsümü üçün forma nömrələrini açıqladı.
90plus.az xəbər verir ki, Madrid klubu yeni mövsüm öncəsi əsas heyət futbolçularının forma nömrələrini təsdiqləyib. Siyahıda diqqətçəkən dəyişikliklər var.
Gənc hücumçu Endrik artıq rəsmi olaraq “9” nömrənin sahibidir. Bu, braziliyalının icarəyə göndərilməyəcəyini və əsas komandada qalacağını göstərir. Fabrizio Romano bildirib ki, Endrik hər zaman Vinisius Juniorun yolunu izləmək, komanda üçün mübarizə aparmaq və inkişaf etmək istəyib.
Kilian Mbappe Luka Modriç “Milan”a keçdikdən sonra boş qalan “10” nömrəni götürüb.
Klubların Dünya Çempionatında parlayan 21 yaşlı istedad Qonsalo Qarsiya əsas komandaya yüksəlib və Endrikin əvvəlki “16” nömrəsini alıb.
“Real Madrid”in 2025/26 mövsümü üçün əsas forma nömrələri:
1 – Tibo Kurtua
2 – Dani Karvaxal
5 – Cud Bellinqem
7 – Vinisius Junior
8 – Federiko Valverde
9 – Endrik
10 – Kilian Mbappe
11 – Rodriqo Qoes
12 – Trent Aleksander-Arnold
14 – Aurelien Çuameni
15 – Arda Güler
16 – Qonsalo Qarsiya
18 – Alvaro Karreras
21 – Brahim Dias
24 – Din Höysen
© Copyright 2025, All Rights Reserved