“Real”da bəzi oyunçular Alonsodan razı deyil
Marca: “Real Madrid”də oyunçular Xabi Alonsonun metodlarından narazıdır.
90plus.az xəbər verir ki, “Real Madrid”də bəzi oyunçular baş məşqçi Xabi Alonsonun idarəçiliyindən narazıdır.
Mənbə bildirir ki, oyunçular onu əvvəlki məşqçilərdən, xüsusilə Karlo Ancelottidən fərqli görürlər:
“Bəzi oyunçular narazıdır, çünki baş məşqçi Ancelotti kimi ‘istiqanlı və səmimi’ deyil. Onların fikrincə, Xabi özünü Qvardiola kimi aparmağa çalışır — çox sayda taktiki məşq, çoxlu video analizlər. Hər şeyi nəzarət altında saxlamağa çalışır: ‘Bunu et, meydanda bunu et, əvvəlki kimi oynamayın’.”
Bundan əlavə, bəzi oyunçular yeni rollarını qəbul etmədiklərini göstərir. Mənbə bu vəziyyəti belə izah edir:
“Problem? Eqo toqquşmaları — məşqçiyə hörmət etməyən, özlərini Florentino və klubdan üstün hesab edən, hər şeyi istəyərlər. Qısası, ərköyün varlı uşaqlar.”
“Marca” qeyd edir ki, bu narazılıqlar Xabi Alonsonun komandadakı nüfuzuna təsir edə bilər və klub daxilində gərginlik yaradır.
© Copyright 2025, All Rights Reserved