“Real”da debüt edən gənc: “Xəyallarım gerçək oldu”
Viktor Valdepenyas: “Bu gün mənim xəyalım reallaşdı”.
90plus.az xəbər verir ki, “Real Madrid”in gənc futbolçusu Viktor Valdepenyas La Liqada “Alaves” – “Real Madrid” (1:2) matçında debüt etdikdən sonra duyğularını bölüşüb.
Start heyətində meydana çıxan Valdepenyas bu anın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
🗣 “Futbola başladığımdan bəri bunu arzulayırdım və bu gün mənim xəyalım reallaşıb. Hiss etdiklərimi sözlə ifadə etmək mümkün deyil, dürüst deyim, tamamilə həyəcanlıyam.”
Gənc futbolçu ilk dəqiqələrdə yaşadığı həyəcanı da gizlətməyib:
🗣 “Əvvəlcə həyəcanlanmışdım, yalan danışmıram. Amma komandadaşlarım məni sakitləşdirdi. Onlara və kapitanlarımıza minnətdaram. Hər gün ‘Real Madrid’də debüt etmək olmur, üstəlik start heyətində. Yoldaşlarım sayəsində bunu yaxşı bacardım.”
Valdepenyas bu matçın xatirəsini ömrü boyu saxlayacağını da qeyd edib:
🗣 “Bu forma otağımda asılacaq. Onu çərçivəyə salıb hər gün görməyi və bu günü xatırlamağı planlaşdırıram.”
Gənc futbolçunun debütü “Real Madrid” azarkeşləri tərəfindən də müsbət qarşılanıb və onun gələcəkdə əsas komandanın vacib üzvlərindən birinə çevrilə biləcəyi vurğulanır.
© Copyright 2026, All Rights Reserved