"Real"da Mbappe şoku - Oynamayacaq
“Real”ın hücumçusu Kilian Mbappenin Çempionlar Liqasında “Benfika”ya qarşı keçiriləcək cavab matçını buraxa biləcəyi bildirilir.
90plus.az xəbər verir ki, Fransalı futbolçunun dekabrın sonunda aldığı zədədən sonra sol dizində narahatlıq hiss etdiyi və hazırda konservativ müalicə aldığı qeyd olunur. Mbappe son məşq zamanı özünü yaxşı hiss etmədiyi üçün hazırlıq prosesini vaxtından əvvəl dayandırıb.
Onun qarşıdakı oyunda iştirakı hələ də sual altındadır. “Real”ın məşqçilər korpusu zədənin ağırlaşmasının mövsümün həlledici mərhələsində ciddi problemlər yarada biləcəyini nəzərə alır.
Klub daxilində Mbappenin tam hazır vəziyyətə gəlməsi üçün ən azı 10 gün istirahət etməsinin məqsədəuyğun olduğu düşünülür. Bu səbəbdən futbolçunun “Benfika” ilə oyunda meydana çıxmamaq ehtimalı yüksək qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved