"Real"da mövsümün oyunçusu seçildi

"Real"da 2024/25 mövsümünün ən yaxşısı Kilian Mbappe seçilib.
90plus.az xəbər verir ki, Mbappe "Real Madrid" klubunda keçirdiyi ilk mövsümdə fərdi baxımdan parlaq performans sərgiləyərək 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçilib. Fransalı ulduz La Liqada 34 oyunda 31 qol vuraraq çempionatın bombardiri olub və "Piçiçi" mükafatını qazanıb. Ümumilikdə isə bütün turnirlərdə 43 qol vuraraq Avropanın ən məhsuldar oyunçusu kimi "Qızıl Buts" mükafatına layiq görülüb.
Mbappe Real Madrid tarixində debüt mövsümündə 30+ qol vuran nadir futbolçulardan biri olub və bu göstərici ilə Alfredo Di Stefano və Ruud van Nistelrooy kimi əfsanələrin rekordlarını geridə qoyub.
Qeyd: Mbappe bu mövsümün əvvəlində PSJ-dən transfer edilmişdi.
© Copyright 2025, All Rights Reserved