“Real”dan getdi, yeni klub axtarır

Xesus Valyexo "Real Madrid"lə yollarını ayırdı.
90plus.az xəbər verir ki, ispaniyalı müdafiəçi Valyexo 2015-ci ildə qoşulduğu "Real Madrid" klubundan rəsmi olaraq ayrılıb. Klub 28 yaşlı futbolçunun müqaviləsinin başa çatdığını və yenilənməyəcəyini açıqlayıb.
Valyexo "Real Madrid"də keçirdiyi müddət ərzində əsas heyətdə sabit yer tuta bilməsə də, 13 titul qazanıb. Bunlara 2 UEFA Çempionlar Liqası, 4 Klublararası Dünya Çempionatı, 3 UEFA Superkuboku, 1 La Liqa, 1 İspaniya Kuboku və 2 İspaniya Superkuboku daxildir.
Futbolçu sosial media vasitəsilə yayımladığı vida məktubunda "Real Madrid"də keçirdiyi illəri yüksək qiymətləndirib və klubda olmağın onun üçün böyük şərəf olduğunu bildirib.
Hazırda azad agent statusunda olan Valyexo karyerasını davam etdirmək üçün yeni klub axtarır.
© Copyright 2025, All Rights Reserved