"Real"ın argentinalısı zədələndi
                            
                        
                            
                                İspaniyanın “Real” klubunda ciddi itki yaşanıb.
90plus.az xəbər verir ki, La Liqa təmsilçisinin futbolçusu Franko Mastantuono sıradan çıxıb. Klubun rəsmi mətbuat xidməti bu barədə məlumat yayıb.
Argentinalı vingerə qasıq sümüyü iltihabı diaqnozu qoyulub və 28 yaşlı oyunçunun müalicəsi artıq başlayıb. Onun meydanlara dönüş tarixi hələ məlum deyil.
Qeyd: Franko Mastantuono mövsümün əvvəlində “River Pleyt”dən 45 milyon avroya Madrid klubuna transfer olunub. Argentina millisinin üzvü “Real”ın heyətində keçirdiyi 12 rəsmi oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    © Copyright 2025, All Rights Reserved