"Real"ın futbolçusu 3 həftəlik sıradan çıxdı
İspaniyanın “Real” komandasının heyətində ciddi itki yaşanıb.
90plus.az xəbər verir ki, La Liqa nəhənginin müdafiəçisi Ferlan Mendi zədələnib. Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Fransalı futbolçunun sağ ayaq əzələsində problem aşkarlanıb. 30 yaşlı sol cinah müdafiəçisinin təxminən 3 həftə meydanlardan kənarda qalacağı bildirilib.
Xatırlatma: “Real” Ferlan Mendini 2019-cu ilin yayında “Lion” klubundan 48 milyon avroya transfer edib. Fransa yığmasının üzvü bu mövsüm Madrid təmsilçisində cəmi 1 rəsmi oyunda iştirak edib.
© Copyright 2025, All Rights Reserved