"Real"ın müdafiəçisi millidən çıxarıldı

İspaniya millisində önəmli itki yaşanıb.
90plus.az xəbər verir ki, "Real Madrid"in müdafiəçisi Din Höysen yığmanın heyətindən ayrılıb. Bu barədə rəsmi məlumatı İspaniya Futbol Federasiyası yayıb.
20 yaşlı mərkəz müdafiəçisinin zədə aldığı bildirilir. Onun yerinə heyətə "Atletik Bilbao" klubunun oyunçusu Aymerik Laport çağırılıb.
Qeyd: İspaniya milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində 11 oktyabrda Gürcüstan, 14 oktyabrda isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved