Renat Dadaşov “Motor”da! RƏSMİ

Rəsmi: Renat Dadaşov Polşa klubu ilə müqavilə imzaladı.
90plus.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov karyerasını Polşada davam etdirəcək. 25 yaşlı forvard bu dəfə “Motor” klubuna keçib.
Lyublin şəhərini təmsil edən “Motor” klubu Dadaşovun transferini rəsmən elan edib. Müqavilənin detalları açıqlanmasa da, futbolçunun yaxın günlərdə komandaya qoşulacağı gözlənilir.
Qeyd: “Motor” klubu ötən mövsüm Polşa Ekstraklasa çempionatında 7-ci pillədə qərarlaşıb.
Xatırlatma: Renat Dadaşov bu ilin əvvəlində də Polşa çempionatında çıxış edib – o, 2024-cü ilin fevralından may ayınadək “Radomyak”ın formasını geyinmişdi.
© Copyright 2025, All Rights Reserved