Renat qol vurdu, komandası 3 xal qazandı

Azərbaycan millisinin oyunçusu Renat Dadaşov “Radomiak” klubu ilə Polşa Ekstraklasasında ardıcıl ikinci oyunda ikinici qolunu vurub.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü meydana çıxdığı 2-ci matçda da rəqib qapısına yol tapıb. Onun 90+1-ci dəqiqədə vurduğu qol komandasına səfər qələbəsi qazandırıb:
Krakovia 1 - 2 Radomiak
Renatın qolu: https://t.me/doxsanplus/99343
Qeyd: 25 yaşlı hücumçu ötən turda da ikinci hissədə meydana daxil olandan sonra adını tabloya yazdırmışdı.
Renatın komanda yoldaşı olan daha bir milli oyunçumuz Rahil Məmmədov bu görüşün iştirak ərizəsinə salınmayıb.
Qeyd: “Radomiak” hazırda 28 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved