Renat yeni komandasında ilk oyunda ilk qolunu vurdu - VİDEO

Polşa Ekstraklasasında 23-cü turun oyunları başlayıb.
90plus.az xəbər verir ki, turun ilk matçında Azərbaycan milli komandasının futbolçuları – Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi “Radomyak” öz meydanında “Vidzev” komandası ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Rahil bu oyunun iştirak ərizəsinə daxil edilməyib. Matça ehtiyat oyunçular skamyasında başlayan Renat isə 80-ci dəqiqədə Roberto Alvesin əvəzinə meydana daxil olub.
Millimizin hücumçusu yeni komandasında ilk oyununa uğurlu start verib. Dadaşov 90-cı dəqiqədə qol vuraraq komandasını məğlubiyyətdən xilas edib.
Bu da Renatın qolu: https://t.me/doxsanplus/98892
Qeyd: Bu heç-heçədən sonra “Radomyak”ın xallarının sayı 25-ə yüksəlib və komanda 18 kollektiv arasında 13-cü pillədə yer alıb.
© Copyright 2025, All Rights Reserved