“Renn” lideri dayandırdı – Fransada sensasiya
PSJ səfərdə "Renn"ə uduzdu.
90plus.az xəbər verir ki, zirvə yarışına birbaşa təsir edən qarşılaşmada hesabı 34-cü dəqiqədə Tamari açıb. Oyunun 69-cu dəqiqəsində Lepaul fərqlənərək üstünlüyü artırıb. Bu qolda komandanın yeni transferi Sebastian Şimanski məhsuldar ötürmə ilə yadda qalıb.
“PSJ” 72-ci dəqiqədə Dembele ilə fərqi azaltsa da, “Renn” 81-ci dəqiqədə Embolonun qolu ilə matçın taleyini həll edib.
Bu qələbə sayəsində “Renn” 4 oyunluq qələbəsiz seriyaya son qoyub və xallarının sayını 34-ə çatdırıb. “PSJ” isə 8 oyundan sonra ilk dəfə məğlub olub və 51 xalla zirvədə qalıb.
Turun digər vacib görüşündə ikinci pillədə qərarlaşan “Lans” sabah “Paris FK”ni məğlub edərsə, yenidən liderlik kürsüsünə yüksələcək.
© Copyright 2026, All Rights Reserved