"Renn"in futbolçusu Premyer Liqa yolunda

90plus.az yazır ki, “Renn” klubunun kapitanı Adrien Truffer karyerasını İngiltərədə davam etdirəcək. Məşhur insayder jurnalist Fabrizio Romanonun paylaşdığı məlumata əsasən, “Bornmut” fransalı futbolçunun transferini rəsmiləşdirib.
Premyer Liqa təmsilçisi Trufferin transferi üçün “Renn” klubuna 13,5 milyon avro məbləğində ödəniş edəcək. 23 yaşlı sol cinah müdafiəçisi “Bornmut”la 5 illik müqaviləyə imza atacaq.
Qeyd: Adrien Truffer “Renn”in akademiyasının yetirməsidir. Fransa U-23 milli komandasının oyunçusu ötən mövsüm Liqa 1-də 35 qarşılaşmada iştirak edib, bu matçlarda 3 qola imza atıb və 2 dəfə məhsuldar ötürmə ilə seçilib.
© Copyright 2025, All Rights Reserved