Reşford "Barselona"ya keçdi - RƏSMİ

"Mançester Yunayted"in hücumçusu Markos Raşford 2025/26 mövsümünün sonuna qədər "Barselona"ya icarəyə verilib.
90plus.az xəbər verir ki, 2016-cı ildə "qırmızılar"ın heyətində debüt edən 27 yaşlı hücumçu bu müddətdə 426 oyunda iştirak edib, 138 qol vurub və 5 böyük titul qazanıb.
Ötən mövsümün ikinci yarısını Premyer Liqa təmsilçisi "Aston Villa"da icarə əsasında keçirən ingilis futbolçu 17 matçda meydana çıxıb və bütün turnirlərdə 10 qol iştirakına imza atıb.
İngiltərə millisinin üzvü bu dəfə karyerasını İspaniya nəhəngi "Barselona"da davam etdirəcək.
© Copyright 2025, All Rights Reserved