Reşford yanvaradək meydana çıxmaya bilər

Markus Reşfordun “Barselona”dakı debütü sual altında düşüb.
90plus.az xəbər verir ki, “Barselona”nın La Liqanın açılış turunda “Mayorka”ya qarşı oyununda Markus Raşfordun debütü baş tutmaya bilər. Çünki klub futbolçunu hələ də qeydiyyatdan keçirə bilməyib.
“Mançester Yunayted”dən icarəyə götürülən Reşford maaş limiti səbəbilə hələ də təsdiqlənməyən bir neçə oyunçudan biridir.
“Barselona” qeydiyyat məsələlərini həll etmək üçün 6 milyon funt sterlinq məbləğində bank zəmanəti əldə etsə də, indiyədək yalnız Xoan Qarsiya təsdiqlənib.
Reşfordla yanaşı, Voytsex Şesni və Jerard Martin də hələ kənarda qalır və onların oynayıb-oynamayacağı qeyri-müəyyəndir.
Əgər problem həll olunmasa, Reşford yalnız yanvar transfer pəncərəsində meydana çıxa biləcək.
© Copyright 2025, All Rights Reserved