"Riyeka" təxirə salınan oyunda "Sparta Praqa"nı məğlub etdi
UEFA Konfrans Liqasının II turunda əlverişsiz hava şəraiti səbəbindən təxirə salınan oyunda "Riyeka" "Sparta Praqa"nı 1:0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, Avropa futbolunun klub səviyyəsindəki üçüncü ən nüfuzlu turnirinin ikinci turunda dünən keçirilməli olan, lakin güclü yağış və fırtına səbəbindən yarımçıq qalan qarşılaşma bu gün davam etdirilib.
Dünən yalnız ilk hissəsi oynanılan və fasiləyə 0:0 hesabı ilə gedilən "Riyeka" – "Sparta Praqa" oyunu qaldığı yerdən davam edib. Xorvatiya təmsilçisi 75-ci dəqiqədə Adu-Adjeinin vurduğu qolla önə keçərək oyunu 1:0 hesabı ilə başa vurub və vacib 3 xal qazanıb.
Görüş "HNK Riyeka" stadionunda baş tutub. Matç dünən güclü yağış və fırtına səbəbindən tez-tez dayandırılmış, meydançanın yararsız hala düşməsi üzündən ikinci hissə bu günə təxirə salınmışdı.
Bu nəticədən sonra "Riyeka" Konfrans Liqasında ilk qələbəsini qazanaraq 3 xalla turnir cədvəlində irəliləyib. Turnirdə ilk məğlubiyyətini alan "Sparta Praqa" isə 3 xalda qalıb.
© Copyright 2026, All Rights Reserved