Robbi Kin: "Qarabağ" keyfiyyətli komandadır"

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında “Ferentsvaroş” doğma azarkeşləri önündə “Qarabağ” komandasını qəbul edəcək.
90plus.az xəbər verir ki, Macarıstan klubunun baş məşqçisi Robbi Kin oyundan əvvəl təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İrlandiyalı çalışdırıcı “Qarabağ”ın güclü rəqib olduğunu vurğulayıb:
“Hər iki komanda eyni səviyyədədir. Əgər planlaşdırdığımız kimi oynaya bilsək, rəqibi çətin vəziyyətə sala bilərik. Komandamızda təhlükə yaradacaq və qol imkanlarını dəyərləndirəcək futbolçular mövcuddur. “Qarabağ” keyfiyyətli komandadır və biz bunun fərqindəyik. Onların da oyunda şansları olacaq. Biz isə bəzi anlarda maksimum diqqətli olmalıyıq. Azarkeşlərimizdən istəyirəm ki, ‘Ludoqorets’lə oyunda hiss etdiyimiz o enerjini bu dəfə də tribunaya gətirsinlər. Bu iki qarşılaşmada qapımızda top görməmək həlledici faktor olacaq”.
Qeyd: “Ferentsvaroş” – “Qarabağ” oyunu sabah, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab matçı isə avqustun 27-də Bakıda keçiriləcək.
© Copyright 2025, All Rights Reserved