Roberto Firminonun yeni klubu bəlli oldu

Roberto Firmino karyerasını Asiyada davam etdirəcək.
90plus.az xəbər verir ki, məşhur italyan jurnalist Fabrizio Romanonun məlumatına görə, braziliyalı hücumçu "Əl Sədd" klubuna keçməyə razılıq verib. O, bu yay Asiya Çempionlar Liqasında çempionluq yaşatdığı "Əl Əhli"dən ayrılacaq.
Firminonun "Əl Əhli" ilə mövcud müqaviləsinin bitməsinə hələ 1 il qalmışdı. Lakin klub prezidenti Xalid əl-Qamdi Səudiyyə mətbuatına verdiyi açıqlamada, 33 yaşlı futbolçunun iki ildən sonra sərbəst şəkildə ayrılmasına imkan verən razılaşma olduğunu bildirmişdi.
Roberto Firminonun "Əl Əhli"dən ayrılacağı barədə söz-söhbətlər bu ilin əvvəlindən etibarən yayılmağa başlamışdı. Bununla belə, braziliyalı futbolçu Asiya səviyyəsində keçirilən yarışlarda 6 qol və 7 assistlə diqqət çəkdi. Xüsusilə "Kavasaki Frontale" ilə final qarşılaşmasında verdiyi 2 həlledici ötürmə komandasının uğurunda əsas rol oynadı.
Bəzi mənbələr Firminonun ölkəsinə qayıdaraq "Flamenqo"ya keçə biləcəyini iddia etsə də, o, Orta Şərqdə qalmaq qərarına gəlib.
© Copyright 2025, All Rights Reserved