Roberto Mançini "Mançester Yunayted"in baş məşqçisi ola bilər
İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini İngiltərə Premyer Liqasının nəhəng klublarından olan "Mançester Yunayted"i çalışdıra bilər.
90plus.az xəbər verir ki, bu barədə İngiltərənin "The Sun" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, hazırkı baş məşqçi Ruben Amorim klubdan ayrılacağı halda, 60 yaşlı italyan mütəxəssis "qırmızı şeytanlar"ın yeni baş məşqçi postu üçün əsas namizədlərdən biri hesab olunur.
Mançini ilə klubun həmtəsisçilərindən biri olan Cim Rætklifin münasibətləri yaxın hesab olunur. Bildirilir ki, hər iki şəxs hazırda Fransanın cənubunda yaşayır və son aylarda bir sıra tədbirlərdə birgə iştirak ediblər.
Roberto Mançini İngiltərə futboluna yad deyil. O, 2009–2013-cü illər aralığında "Mançester Siti"nin baş məşqçisi olub və 2012-ci ildə kluba Premyer Liqa çempionluğu qazandırıb.
Təcrübəli mütəxəssisin son iş yeri Səudiyyə Ərəbistanı millisində olub. O, 2023-cü ilin oktyabrında bu vəzifədən ayrılıb.
Hazırda "Mançester Yunayted" Premyer Liqada keçirdiyi 7 turdan sonra 10 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved