Rodrini qonşuları polisə şikayət edib
ŞOK İDDİA: Rodri polisə şikayət olunub!
90plus.az xəbər verir ki, “Mançester Siti”nin ulduzu Rodri dron uçurtmaq hobbisinə görə qonşusunun şikayəti ilə üzləşib.
İddialara görə, dron qonşunun mənzilinin pəncərəsinə çox yaxın uçub və bu da onların şəxsi həyatının izlənildiyi hissini yaradıb.
Qonşulardan biri bildirib ki, evdə istirahət edərkən dronu pəncərədən cəmi 1 metr məsafədə görüb. Onun sözlərinə görə, yüksək mərtəbədə yaşadıqları üçün mənzilin kənardan görünməməlidir.
The Sun Football-un məlumatına görə, “Greater Manchester Police” şikayəti qəbul edib və hazırda hadisə ilə bağlı araşdırma aparır.
© Copyright 2026, All Rights Reserved