Rodriqo çıxılmaz vəziyyətdə

Rodriqo “Real Madrid”də qalmaqda israr edir.
90plus.az xəbər verir ki, “Real Madrid”də Xabi Alonsonun baş məşqçi olduğu ilk yeddi oyunda orta hesabla 15 dəqiqə meydanda olan Rodriqo komandada qalmaqda qərarlıdır (Diario AS).
Braziliyalı futbolçu, Alonso onu 4-3-3 və ya 4-4-2 sistemində yalnız rotasiya oyunçusu kimi görsə belə, komandada qalmaq istəyir. Son altı oyunda ehtiyat oyunçu kimi qalan Rodryqo Osasuna ilə oyunda isə bir dəqiqə belə şans əldə etməyib.
AS jurnalisti Manu de Juan yazır:
“Transfer bazarı sona yaxınlaşır. Rodriqo təkrar edirik, qalmaqda israr edir və bu mövqeyi davam edərsə, başqa yol qalmır. Onun yeganə işi qollarını çirmələyib Xabi Alonsoya daha çox haqq etdiyini göstərməyə çalışmaqdır.”
Alonso isə cavab olaraq bildirib ki, Rodriqonun "Osasuna"ta qarşı az oynamasına görə narahat olmağa ehtiyac yoxdur, hələ erkən günlərdir.
Ümumən, Rodriqonun “Real Madrid”də vəziyyəti mürəkkəbdir. Lakin indiyədək onun üçün heç bir təklif gəlməyib (📎 Fabrizio Romano ).
© Copyright 2025, All Rights Reserved