Rodriqo De Paul Messiyə qovuşur

"Atletiko Madrid"in argentinalı yarımmüdafiəçisi Rodriqo de Paul karyerasını ABŞ-da davam etdirə bilər. Avropadan bir çox təklifi olsa da, 32 yaşlı futbolçunun yeni ünvanı gözlənilməz bir klub ola bilər.
90plus.az xəbər verir ki, ABŞ-ın MLS təmsilçisi "İnter Mayami" Rodriqo de Paulun transferi üçün "Atletiko Madrid" klubu ilə danışıqları sürətləndirib.
"İnter Mayami" FIFA Klub Dünya Kuboku sonrası yüksək səviyyəli heyət strukturunu qorumaq istəyir və bu məqsədlə komandanın ulduzu Lionel Messinin yaxın dostu olan Rodriqo de Paulu heyətə qatmağa çalışır.
De Paulun da Lionel Messinin komandada olması səbəbilə bu transfere müsbət yanaşdığı qeyd edilir.
Digər tərəfdən, "Atletiko Madrid" rəhbərliyi baş məşqçi Dieqo Simeonenin də Paulun komandada qalmasını istəməsinə baxmayaraq, oyunçu üçün 15 milyon avro transfer haqqı tələb edir.
© Copyright 2025, All Rights Reserved