Rodriqo: “Həyatımın ən pis günlərindən biri…”
Rodriqodan ürəkdağlayan paylaşım – mövsüm onun üçün bitdi...
90plus.az xəbər verir ki, Rodriqo ağır diz zədəsindən sonra duyğusal mesaj paylaşıb.
“Bilmirəm buna layiqəm ya yox, amma nədən şikayət edə bilərəm? Layiq olmadığım halda yaşadığım nə qədər gözəl şeylər olub.
Klubumla mövsümün qalan hissəsində oynaya bilməyəcəyəm və millimlə Dünya Çempionatını da buraxıram – hər kəs bilir ki, bu arzu mənim üçün nə qədər böyük məna daşıyırdı.
Səbəbini başa düşməsəm də, Sənə güvənirəm. (Allahı nəzərdə tutur). Həyatımın ən pis günlərindən biri… Bu zədədən həmişə qorxmuşam. Bəlkə də həyat son vaxtlar mənə bir az qəddar davranıb.
Dualarınız, mesajlarınız və sevginiz üçün hamınıza təşəkkür edirəm! Siz mənim üçün çox önəmlisiniz. Bu çox çətin bir dövr olsa da, burada dayanmayacağıma söz verirəm.
İnanıram ki, hələ yaşayacağım çox möhtəşəm anlar və mənə inanan hər kəsi sevindirəcək çox şey var. Bu sadəcə ‘tezliklə görüşərik’dir… Allah hər şeyi görəndir.”
MARCA: Rodriqo ön çarpaz bağını qopardığı üçün 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq.
Braziliyalı futbolçunun 2026 Dünya Çempionatını buraxacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved