Rodriqo klub axtarır

Rodriqo Qoesin “Real Madrid”dəki gələcəyi ilə bağlı söz-söhbətlər ötən həftə daha da güclənib. Buna səbəb 24 yaşlı braziliyalı cinah oyunçusunun La Liqanın açılış turunda “Osasuna” ilə oyuna start heyətində çıxmaması olub.
90plus.az xəbər verir ki, gözlənilmədən yeni baş məşqçi Xabi Alonso bazar günü “Oviedo” ilə qarşılaşmada Rodrigonu start heyətində meydana buraxıb. “The Athletic”in məlumatına görə, Alonso onun öz istəyi ilə oynamaq istədiyi sol cinahda istifadə edib.
Rodriqo 1:0 hesablı qələbə ilə başa çatan matçda 63 dəqiqə meydanda qalıb, rəqibin sıx müdafiəsinə baxmayaraq, bir neçə dəfə qapını yoxlayaraq keyfiyyətini göstərib. Lakin əvəzlənərkən nümayiş etdirdiyi açıq narazılıq onun komandadakı rolu ilə bağlı müzakirələri daha da alovlandırıb. Oyundan sonra Alonso Rodriqonun çıxışını müsbət qiymətləndirib.
“Real Madrid”in baş məşqçisinin rəhbərliyi altında keçirdiyi 9 oyunun yalnız ikisinə start heyətində çıxan Rodriqo üçün “Oviedo” matçı nadir fürsətlərdən biri olub. Bu isə onun güclü rəqabət şəraitində daimi yer qazanmaqda çətinlik çəkdiyini göstərir. Kilian Mbappe, Vinisius Junior, Brahim Dias, yeni transfer Franko Mastantuono və akademiyanın yetirməsi Qonsalo Qarsiyanın hazırda üstün mövqedə olması — həmçinin Cud Bellingem və Endrikin zədəli olmaları — Rodriqonun məhdud oyun vaxtı almasına səbəb olur və bu da transfer şayiələrini gücləndirir.
Onun düşərgəsi açıq şəkildə Madrid klubunda qalmaq istədiyini bildirsə də, Rodriqo menecerləri Pini Zahavi və Kia Joorabçianla yayda yeni klub tapmaq ehtimalını da müzakirəyə çıxarıb. Bu isə onun “Real Madrid”dən ayrılma ehtimalının real olduğunu göstərir.
“The Athletic” yazır ki, o, öz agentlərinə yeni komanda variantlarını araşdırmaq tapşırığı verib. Hərçənd, futbolçunun ətrafı onun Madrid klubunda qalmaq niyyətini dilə gətirsə də, Rodriqo karyerasını başqa yerdə davam etdirməyə açıqdır.
Qeyd: Hücumçu 2019-cu ildən “Real Madrid”in formasını geyinir.