Rodriqo Mora “Əl-İttihad”ın hədəfində – 70 milyonluq transfer gündəmdə

"Portu"nun gənc futbolçusu Rodriqo Mora karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
90plus.az xəbər verir ki, “Əl-İttihad” 18 yaşlı hücum yönümlü yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə məlumatı Portuqaliyanın “Record” nəşri yayıb.
Moranın hazırkı klubuyla müqaviləsində 70 milyon avro dəyərində sərbəstqalma bəndi mövcuddur. Səudiyyə klubu bu məbləği ödəməyə hazırdır.
Qeyd: Rodriqo Mora “Portu” futbol akademiyasının yetirməsidir. O, ötən mövsüm "əjdahalar"ın heyətində keçirdiyi 32 rəsmi qarşılaşmada 11 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Həmçinin Portuqaliya millisinin üzvüdür.
© Copyright 2025, All Rights Reserved