Rodriqo “Real”da qalır. Transfer söhbəti bitdi

Rodriqo “Real Madrid”də qalır – transfer mövzusu bağlandı.
90plus.az xəbər verir ki, “Real Madrid”də mövsüm öncəsi adı tez-tez transfer şayiələri ilə hallanan Rodriqo gələcəyi ilə bağlı qərarını verib.
İspaniya mediasının məlumatına görə, 24 yaşlı hücumçu baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında “Kral klubu”nda çıxış etməyə davam edəcək. O, artıq rəhbərliyə və məşqçilər korpusuna komandada qalmaq istədiyini çatdırıb.
Bununla da, Rodriqo ilə bağlı mümkün transfer söhbətləri rəsmi olaraq bağlanıb.
Braziliyalı futbolçu yeni mövsümdə əsasən sol cinah mövqeyi uğrunda həmyerlisi Vinisius Junior (25) ilə rəqabət aparacaq.
🔗 Mənbə: Diario AS
Qeyd: Rodriqo “Real Madrid”in yeni baş məşqçisi Xabi Alonsonun rəhbərliyi altında 9 oyundan yalnız 3-də start heyətində çıxıb.
Hücumçu 2019-cu ildən “Real Madrid”in formasını geyinir.
© Copyright 2025, All Rights Reserved