Rodriqo əvvəlki Rodriqodur, özünə gəlib

Rodriqo mövsümdəki ilk qollarını vurmaq üçün Braziliya millisinin heyətində oynamaq fürsətini gözləməli olub. Maraqlıdır ki, ona bu imkanı “Real Madrid”dəki sabiq baş məşqçisi Karlo Ançelotti verib.
90plus.az xəbər verir ki, Cənubi Koreyaya qarşı keçirilən və iki dəfə fərqləndiyi görüşdən sonra Rodriqo etiraf edib ki, özünü yenidən əvvəlki formasına qaytarıb:
“Çətin bir dövr keçirdim, amma indi yenilənmiş insan, yenilənmiş futbolçuyam və bunu meydanda göstərmək istəyirdim. Fikrimcə, bunu bacardım,” – deyə braziliyalı hücumçu jurnalistlərə bildirib.
Bununla belə, Rodriqo hələ də “Real Madrid”də baş məşqçi Xabi Alonsonu tam inandıra bilmədiyini qəbul edib. Alonso hazırda əsasən Vinisiusa üstünlük verir:
“Mən inkişaf mərhələsindəyəm və getdikcə daha yaxşı oluram, özümü xoşbəxt hiss edirəm. Performansım da yüksəlir,” – deyə Rodriqo əlavə edib.
O, daha çox oynamaq istədiyini gizlətməyib, lakin məşqçinin qərarlarına hörmətlə yanaşdığını vurğulayıb:
“Əgər start heyətində oynayırsansa, 100 faizini verməlisən. Əgər oyuna ehtiyatdan daxil olursansa, bu da dəyişmir. Mənim düşüncə tərzim belədir.”
© Copyright 2025, All Rights Reserved