"Roma" "Barselona"nın futbolçusuna "elçi düşdü"
"Barselona"nın futbolçusu Runi Bardci karyerasını İtaliyada davam etdirə bilər.
90plus.az xəbər verir ki, isveçli müdafiəçi "Roma"nın maraq dairəsinə düşüb.
Paytaxt təmsilçisinin gənc oyunçu üçün 1 mövsümlük icarə müqaviləsi təklif etdiyi bildirilir. Bardcinin daha çox oyun təcrübəsi qazanması məqsədilə bu keçidin reallaşma ehtimalı yüksək qiymətləndirilir.
Qeyd: Runi Bardci 2025-ci ildə "Kopenhagen"dən "Barselona"ya transfer olunub. Onun Kataloniya klubu ilə müqaviləsi 2029-cu ilin 30 iyun tarixinə qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved