"Roma" "Brayton"un hücumçusunu almaq istəyir

“Roma” İngiltərənin “Brayton” klubunda forma geyinən hücumçu Evan Ferqyusonu transfer etmək niyyətindədir.
90plus.az xəbər verir ki, jurnalist Canluka Di Marzionun yaydığı məlumata əsasən, 20 yaşlı irlandiyalı forvard digər komandaların marağına baxmayaraq, Roma təmsilçisinin təklifini qəbul etməyə hazırdır.
Lakin “Brayton” gənc futbolçu üçün 45 milyon avro tələb edir. “Roma” isə bu məbləği aşağı salmaq məqsədilə danışıqları davam etdirir.
Qeyd: Ferqyuson 2024/25 mövsümündə “Brayton”un heyətində Premyer Liqada 13 oyuna çıxaraq yalnız 1 qol vurub. O, mövsümün qış transfer pəncərəsində icarə əsasında “Vest Hem”ə keçsə də, orada keçirdiyi 8 oyunda fərqlənə bilməyib.
© Copyright 2025, All Rights Reserved