“Roma” Ç/L yarışından qopmadı
"Roma”dan üç qol, üç xal – “Kremoneze” darmadağın edildi.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 26-cı turunda “Roma” doğma meydanda “Kremoneze”ni 3:0 hesabı ilə məğlub edərək vacib qələbə qazandı.
İlk hissədə hesab açılmasa da, fasilədən sonra paytaxt təmsilçisi üstünlüyünü real nəticəyə çevirdi. Oyunda hesab 59-cu dəqiqədə Brayan Kriatantenin dəqiq zərbəsi ilə açıldı. “Ciallorossi” üstünlüyünü 77-ci dəqiqədə Evan Ndickanın qolu ilə artırdı. Matçın yekun nöqtəsini isə 86-cı dəqiqədə Nikolo Pisilli qoydu:
Roma 3 - 0 Kremoneze
B. Kriatante 59’
E. Ndicka 77’
N. Pisilli 86’
Bu qələbə sayəsində “Roma” xalını artıraraq turnir cədvəlində 4-cü pilləyə yüksəldi və Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə mövqeyini möhkəmləndirdi.
© Copyright 2026, All Rights Reserved