"Roma" qaçdı, "Napoli" qovaladı - 2:2
İtaliya A Seriyasının 25-ci turunda “Napoli” ilə “Roma” üz-üzə gəlib.
90plus.az xəbər verir ki, Neapoldakı Dieqo Armando Maradona stadionunda keçirilən gərgin qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Oyunda hesabı 7-ci dəqiqədə “Roma”nın futbolçusu Donyell Malen açıb. “Napoli” 40-cı dəqiqədə Spinatszola ilə tarazlığı bərpa edib. İkinci hissədə yenidən səhnəyə çıxan Malen 71-ci dəqiqədə dubla imza ataraq paytaxt təmsilçisini önə keçirib. Lakin meydan sahibləri 82-ci dəqiqədə Alisson Santosun qolu ilə məğlubiyyətdən xilas olublar.
Bu nəticədən sonra “Napoli” xalını 50-yə yüksəldib. “Roma” isə aktivinə 47 xal yazdırıb.
© Copyright 2026, All Rights Reserved