“Roma” səfərdə qalib gəldi
İtaliya A Seriyasının 19-cu turunda “Roma” səfərdə “Leççe” ilə qarşılaşıb və oyundan 2:0 hesablı qələbə ilə ayrılıb. Sarı-qırmızılılar bu nəticə ilə mövsümdə çempionatdakı 12-ci qələbəsini qazanıb.
90plus.az xəbər verir ki, turun açılış matçında baş tutan qarşılaşmada “Roma”nın qollarını 14-cü dəqiqədə Ferqyuson, 71-ci dəqiqədə isə Dovbik vurub. Oyun boyu üstün çıxış edən paytaxt təmsilçisi rəqibinə ciddi şans tanımayıb:
Leççe 0 - 2 Roma
E. Fergüson 14'
A.Dovbyuk 71'
Heç-heçə nəticəsi olmayan “Roma” xallarının sayını 36-ya çatdıraraq turnir cədvəlində üst sıralardakı mövqeyini qoruyub. “Leççe” isə 17 xalla yoluna davam edir.
© Copyright 2026, All Rights Reserved