“Roma” Ueslini elan etdi

“Roma” klubu Uesli Frankanın “Flamenqo”dan transferini rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, 2003-cü il təvəllüdlü, 21 yaşlı sağ cinah müdafiəçisi Braziliya klubunun heyətində 100-dən çox oyun keçirib və xüsusilə 2025-ci ildə keçirilən Klubların Dünya Çempionatında parlaq çıxışı ilə yadda qalıb.
Uesli Braziliya millisində debütünü 2025-ci il martın 20-də Kolumbiya üzərində 2:1 hesablı qələbə ilə başa çatan oyunda edib.
Gənc futbolçu “Roma”da 43 nömrəli formanı daşıyacaq və klub tarixində forma geyinən 46-cı braziliyalı olacaq.
Aylarla davam edən danışıqlardan sonra reallaşan bu transfer baş məşqçi Can Pyer Qasperininin rəhbərliyi altında “Roma”nın müdafiə xəttini gücləndirəcək.
© Copyright 2025, All Rights Reserved