"Roma" yeni transferini açıqladı

"Roma" heyətini yeni futbolçu ilə gücləndirib.
90plus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
A Seriyasında çıxış edən paytaxt klubu "Aston Villa"dan Leon Beylini icarəyə götürüb. Müqavilənin şərtləri ilə bağlı hələlik ətraflı məlumat verilməyib.
Xatırlatma: Yamaykalı futbolçu geridə qalan mövsümdə İngiltərə təmsilçisinin formasını 38 matçda geyinərək 2 dəfə fərqlənib və 4 məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved