"Roma"da ciddi itki - 1 ay olmayacaq
İtaliyanın "Roma" klubunda ciddi itki baş verib.
90plus.az xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Paulo Dibala sıradan çıxıb.
Argentinalı futbolçu dizindəki zədəyə görə əməliyyat olunub və 32 yaşlı forvard təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Paulo Dibala 2022-ci ilin yayından "Roma"da çıxış edir. Argentina millisinin üzvü bu mövsüm “canavarlar”ın heyətində 22 rəsmi oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved