"Roma"nın hücumçusu İstanbul klubunda

“Başakşəhər” “Roma”dan Eldor Şomurodovu heyətinə qatdı.
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasının təmsilçilərindən olan “Başakşəhər” heyətini yeni hücumçu ilə gücləndirib. Klub İtaliyanın “Roma” komandasından Eldor Şomurodovu 2025/26 mövsümünün sonuna qədər satınalma hüququ ilə icarəyə götürdüyünü açıqlayıb.
Klubun rəsmi açıqlamasında bildirilib:
“Klubumuz İtaliya təmsilçilərindən ‘Roma’ klubunun oyunçusu Eldor Şomurodovla 2025–2026 mövsümünün sonuna qədər, satınalma opsiyonu ilə icarə əsasında razılığa gəlib. Özbəkistan millisinin üzvü olan futbolçuya ailəmizə xoş gəldin deyir, narıncı-göy formamızla uğurlar arzulayırıq.”
30 yaşlı Şomurodov “Roma”nın heyətində 85 oyuna çıxıb, bu matçlarda 13 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved