"Roma"nın kapitanı zədələndi
“Roma”nın yarımmüdafiəçisi Lorenso Pelleqrini komandanın məşqi zamanı zədələnib.
90plus.az xəbər verir ki, əvvəlcə yüngül dartılma kimi qiymətləndirilən zədə “canavarlar”ın kapitanının uzun müddət oyunlardan uzaq qalmasına səbəb ola bilər. Bu barədə "Sky Sports" məlumat yayıb.
İlkin proqnozlara görə, italiyalı hücumameyilli yarımmüdafiəçi meydana təxminən bir ay sonra qayıda biləcək ki, bu da onun qarşıdakı oyunlarda iştirak etməyəcəyini göstərir.
Qeyd: Lorenso Pelleqrini 2017-ci ilin yayından “Roma”da oynayır. 29 yaşlı futbolçu bu mövsüm paytaxt klubunun heyətində 17 rəsmi oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved