"Roma"nın müdafiəçisi Premyer Liqa yolunda

Evan Ndikanın karyerasını İngiltərə Premyer Liqasında davam etdirməsi gündəmdədir.
90plus.az xəbər verir ki, "RMC Sport"un yaydığı məlumata görə, "Roma" klubunun müdafiəçisinə "Tottenhem" və "Mançester Yunayted" ciddi maraq göstərir. Hər iki klub 25 yaşlı oyunçunun transfer ehtimallarını qiymətləndirir.
Ndikanın bazar dəyərinin təxminən 40 milyon avro olduğu bildirilir.
Qeyd: Fil Dişi Sahilinin milli üzvü olan Evan Ndika geridə qalan mövsümdə "A Seriyası" çərçivəsində "Roma"nın heyətində 38 oyuna çıxıb.
© Copyright 2025, All Rights Reserved