Romario Vini ilə Yamaldan birini seçdi
Romario Vinisiusla Yamal arasında seçim etdi.
90plus.az xəbər verir ki, Braziliya futbolunun əfsanəsi Romario Vinisius Junior və Lamin Yamal arasında seçim edərək gənc ispaniyalı futbolçuya üstünlük verib.
Romario açıqlamasında Lamin Yamalın gələcək nəslin ən istedadlı futbolçularından biri olduğunu bildirib.
“Vinisius və Lamin Yamal arasında seçim etməli olsam, Lamin Yamali seçərəm. Mən Yamali çox bəyənirəm. O, növbəti nəsil futbolçular arasında ən istedadlı oyunçulardan biridir. Onun texnikası çox yüksək səviyyədədir və qol vurmağı bacarır”, – deyə Romario bildirib.
Qeyd: Lamin Yamal son dövrlərdə göstərdiyi performansla dünya futbolunun ən perspektivli oyunçularından biri hesab olunur. Bir çox mütəxəssis onun gələcəkdə dünya futbolunun əsas ulduzlarından birinə çevriləcəyini düşünür.
© Copyright 2026, All Rights Reserved