Romero “Tottenhem”i və Frankı xilas etdi
Kristian Romeronun 95-ci dəqiqədə gələn möhtəşəm "qayçı zərbəsi” “Tottenhem”ə “Nyukasl Yunayted”ə qarşı dramatik heç-heçə qazandırdı və baş məşqçi Tomas Frank üzərindəki təzyiqi bir qədər azaltdı.
90plus.az xəbər verir ki, “Spörs” son səkkiz oyunda altıncı məğlubiyyətini almağa yaxın idi, lakin kapitan bir daha komandasını ən çox ehtiyac duyulan anda xilas etdi:
Nyukasl 2-2 Tottenhem
Quimaraes 71'
Romero 78' 90+5'
Qordon 86'
Qollar: https://t.me/doxsanplus/111688
İngiltərə Premyer Liqası, 14-cü tur
Tomas Frankın komandası bu nəticə ilə turnir cədvəlində 11-ci yerdə “Nyukasl”ın bir pillə üstündə qalmağı davam etdirir.
© Copyright 2025, All Rights Reserved