Ronald Arauxo meydanlara dönməyə hazır deyil
"Mundo Deportivo" nəşrinin yaydığı məlumata görə, "Barselona"nın müdafiəçisi Ronald Arauxo baş məşqçi Hansi Flikə hələ meydanlara qayıtmağa hazır olmadığını bildirib.
90plus.az xəbər verir ki, uruqvaylı mərkəz müdafiəçisi, mental sağlamlıq problemlərinə fokuslanmaq üçün Kataloniya klubundan icazə aldıqdan sonra bir müddətdir ki, yaşıl meydanlardan uzaq qalıb.
Arauxonun bu həftənin əvvəlində məşqlərə qayıtması həm klub, həm də azarkeşlər üçün ümidverici bir siqnal olmuşdu. Lakin onun fiziki hazırlığı hələ tam bərpa olunmayıb.
Bunu Hansi Flik də dünən La Liqa çərçivəsində keçiriləcək "Espanyol" matçından əvvəl təşkil olunan mətbuat konfransında təsdiqləyib.
Mərkəz müdafiəçisinin gələn həftə keçiriləcək İspaniya Superkubokunda iştirakı qeyri-müəyyən olaraq qalır. "Barselona" rəhbərliyi isə futbolçunun sağalma prosesini sürətləndirmək niyyətində deyil və riskə getmək istəmir.
© Copyright 2026, All Rights Reserved